Bu gün Hədəf STEAM Liseyində Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiqin ideya müəllifi olduğu “Hədəf Uşaq Teatrı”nın açılış tamaşası baş tutub.
“Füyuzat”ın məlumatına görə, açılış tamaşasının – “Kitab, yoxsa insan” adlı tamaşanın rejissoru Cavad Nur, ssenari müəllifi isə Günel Rəcəbdir.
Tamaşa günümüzdə aktual olan ana dilinin qorunmasına həsr olunub. Balabilgələr öz performansları ilə hər bir dil daşıyıcısının ana dilin qorunmasında rolu olduğunu, ana dilin şirinliyini, doğmalığını yalnız kitablarda deyil, xalqın hər bir nümayəndisinin dilində yaşadığını nümayiş etdiriblər.
Sonda dəyərli qonaqlardan görkəmli yazıçı Varis Yolçuyev, “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus, İctimai TV-nin əməkdaşı Urfan Məmmədli çıxış edərək tamaşa haqqında öz təəssüratlarını bölüşüb, balaca aktyorları, uşaq teatrının heyətini təbrik ediblər.

