“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Federiko Qarsia Lorkanın “Qızılgülə qəsidə” əsəridir. Xoş mütaliələr!
Yerdən üzülüncə
qızılgül vaz keçdi sübh şəfəqindən;
günəşdən, işıqdan heç nə ummadı –
özgə bir şey aradı.
Nə bürkü istədi,
nə də həsrətini çəkdi kölgənin;
nə yuxunu seçdi, nə də gerçəyi –
özgə bir şey aradı.
Ay işığındaca
donmuşdu, qalmışdı eləcə səssiz.
Yox, gül aramadı göydə qızılgül –
özgə bir şey aradı.
Tərcümə edən: Mahir N.Qarayev



