İranın hüquq-mühafizə orqanları iyunun 13-dən bu günə qədər Həmədan vilayətində 30 nəfəri saxlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran regional polis idarəsinin rəisi Cəlal Cəfəri bildirib.
Verilən məlumata görə, saxlanılan şəxslər İsrail kəşfiyyat xidməti Mossad ilə əlaqədə şübhəli bilinir.
“Son bir həftə ərzində 30 nəfər İsrail rejimini dəstəkləməkdə və Mossad ilə əlaqədə şübhəli bilinərək saxlanılıb”, – məlumatda qeyd olunub.