İranın qərbindəki Həmədan vilayətində 6 nəfər İsrail kəşfiyyat xidməti “Mossad” ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətindən bildirilib.
“Mossad”ın maraqları naminə fəaliyyət göstərən 6 xain Razan, Nəhavənd və Həmədan şəhərlərində müəyyən edilərək saxlanılıb”, – məlumatda qeyd olunub.