“İran Yəməndəki Husi üsyançılarına yardım etdiyinə görə, bunun nəticələri ilə üzləşəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset “X” səhifəsində bildirib.
“İrana mesajımız aydındır. Husilərə dəstəyinizi görürük. Biz sizin nə etdiyinizi yaxşı bilirik və siz də ABŞ ordusunun nəyə qadir olduğunu yaxşı bilirsiniz, bu barədə artıq sizə xəbərdarlıq edilib. Əgər davam etsəniz, bunun nəticələri ilə üzləşəcəksiniz”, — nazir qeyd edib.