Xəbərlər

Həyatınızdakı stresli insanlar sizi aylarla daha tez qocalda bilər

Yeni elmi araşdırma göstərir ki, həyatımızda davamlı stress yaradan insanlar, yəni daim problem və gərginlik yaradan tanışlar və ya qohumlar bioloji qocalmanı sürətləndirə bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “ScienceAlert” məlumat yayıb.

Tədqiqat zamanı 18-103 yaş arasında 2300-dən çox insanın məlumatları və DNT nümunələri analiz edilib. Nəticələr göstərib ki, insanın sosial çevrəsində hər əlavə “stress yaradan şəxs” bioloji qocalma sürətini təxminən 1,5% artırır. 

Alimlər bildirirlər ki, belə münasibətlər uzunmüddətli stress yaradır və bu da orqanizmdə iltihab, hormonal dəyişikliklər və digər bioloji proseslər vasitəsilə qocalmanı sürətləndirə bilər.