Xəbərlər

Hindistan Çin ilə müqavilələri ləğv edib

“Hindistanın Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün yerli şirkətin Çin istehsalı olan komponentlərdən istifadəsini nəzərdə tutan üç müqaviləni ləğv edib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of India” Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Təəssüf ki, bəzi Hindistan şirkətləri Silahlı Qüvvələr üçün pilotsuz vasitələrin istehsalında Çin elektronikasından və komponentlərindən istifadə edirlər. Bu, düşmənin PUA-ları sıradan çıxarmaq məsələsi baxımından kibertəhlükəsizlik və hərbi əməliyyatlar üçün ciddi təhlükədir”, – məlumatda bildirilib.