Xəbərlər

Hindistan çoxməqsədli sualtı minasını sınaqdan keçirib

Hindistan Hərbi Dəniz Qüvvələri və Müdafiə Araşdırma və İnkişaf Təşkilatı çoxməqsədli sualtı dəniz minasını uğurla sınaqdan keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Asiya Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Hindistan Hərbi Dəniz Qüvvələri gizli gəmilərə və sualtı qayıqlara qarşı mübarizə aparmaq üçün Hindistan tərəfindən hazırlanmış, ən müasir sualtı dəniz minası ilə canlı atəşi uğurla həyata keçirib. Bu Hindistanın Hərbi Dəniz Qüvvələrinin sualtı döyüşlərdə imkanlarını daha da artırmasına kömək edəcək”, – nazirlikdən bildirilib.