“Hindistan ABŞ prezidenti Donald Trampın administrasiyası altında ABŞ ilə fundamental anlaşma əldə edən dünyada yeganə ölkə ola bilər”.
“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar deyib.
“Düşünürəm ki, Hindistan Trampın ikinci dövründə ABŞ ilə belə fundamental anlaşmaya nail olan yeganə ölkədir”, – nazir qeyd edib.



