Xəbərlər

Hindistanda helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

Hindistanın Uttarxand ştatında helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “India Today”in məlumat yayıb.

Qeyd edilib ki, özəl helikopter yerli vaxtla səhər saat 9 radələrində Uttarkaşi rayonundakı Qanqanani İsti Bulaqları yaxınlığında qəzaya uğrayıb.

Hadisə nəticəsində biri ağır olmaqla 2 nəfər yaralanıb.

Bildirilib ki, hadisə xüsusi məqsədlər üçün istifadə edilən yeddi nəfərlik helikopter Qanqotriyə gedərkən baş verib.