Xəbərlər

Hollandiya ABŞ silahlarının Kiyevə çatdırılmasında aparıcı rol oynayacaq

“Hollandiya Amerika silahlarının Ukraynaya çatdırılmasında aparıcı rol oynamaq niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə krallığın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans bildirib.

“Hollandiya Ukraynaya hərbi dəstəkdə tez-tez aparıcı rol oynayıb və yenidən lider mövqe tutmaq niyyətindədir. Biz digər NATO ölkələrini də bizdən nümunə götürməyə çağırırıq. Kiyevə təhvil verilməsi üçün ABŞ-dan alınan silahların əhəmiyyətli hissəsini hava hücumundan müdafiə sistemləri, o cümlədən “Hawk” və “Patriot” sistemləri, raketlər, həmçinin döyüş maşınları və bütün növ sursatlar təşkil edəcək”, – o əlavə edib.