Xəbərlər

Humanitar yardım daşıyan 808 yük maşını Qəzza zolağına daxil olub

“Humanitar yardım daşıyan 808 yük maşını Qəzza zolağına daxil olub. Anklav son aylarda İsrailin Qəzzanın şimal hissəsini blokadaya alması səbəbindən ciddi ərzaq çatışmazlığı ilə üzləşmişdi”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatına istinadən məlumat yayıb.

OCHA həmçinin qeyd edib ki, İsrailin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini qadağan etməsi Qəzzanın yenidən qurulması səylərinə mənfi təsir göstərir.