Xəbərlər

“İki sahil” qəzeti 35 yaşını qeyd edir

“İki sahil” qəzetinin 35 yaşı tamam olub.

“Füyuzat” xəbər verir ki, mətbuat tariximizdə özünəməxsus yeri olan “İki sahil” qəzeti fəaliyyətinin 35-ci ilini qeyd edir. 1991-ci ildən oxucuları ilə görüşə gələn bu mətbu orqan geridə qoyduğu illər ərzində Azərbaycanın dövlətçilik ənənələrinin təbliğində, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursunun, eləcə də mədəni-maarifçi proseslərin işıqlandırılmasında ardıcıl səylər göstərib.

Bu gün “İki sahil” yalnız ənənəvi mətbuatla məhdudlaşmır, “ikisahil.az” portalı və “İki sahil TV” vasitəsilə rəqəmsal media məkanında da əhəmiyyətli mövqe tutur.

“Fuyuzat.az” kollektivi olaraq, həmkarlarımızı ürəkdən təbrik edir, onlara yeni yaradıcılıq uğurları və hər zaman geniş oxucu auditoriyası arzulayırıq.