Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib.
“Füyuzat”ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.
Toplantı iştirakçıları birgə foto çəkdiriblər.