Xəbərlər

İlk “uçan taksi” xidməti Dubayda fəaliyyət göstərəcək

Pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik uçan taksilər 2026-cı ildə istifadəyə veriləcək. Dubay dünyada uçan taksi xidmətləri göstərən ilk şəhər olacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) WAM xəbər agentliyi məlumat yayıb.

Müqavilələr Dubay Yollar və Nəqliyyat İdarəsi ilə ABŞ-ın “Joby Aviation” şirkəti arasında imzalanıb.

“Hava taksilərinin 2026-cı ilə qədər fəaliyyətə başlaması planlaşdırılır. Pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan taksinin emissiyası sıfırdır. Onun maksimal uçuş məsafəsi 161 kilometr, sürəti isə saatda 320 kilometrə çata bilir”, – açıqlamada bildirilib.