Xəbərlər

İndoneziyada torpaq sürüşməsi baş verib

İndoneziyanın mərkəzi Yava əyalətində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində 16 nəfər həyatını itirib, 10 nəfər yaralanıb, 9 nəfər isə itkin düşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, bölgədə xilasetmə işləri aparılsa da, yağışlar səbəbindən xilasetmə işlərində fasilələr yaranıb.