Xəbərlər

İnformasiya və informasiyanın mühafizəsi haqqında yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

“Füyuzat” xəbər verir ki, qanun layihəsi parlamentin iyulun 7-də keçirilən iclasının gündəliyinə daxil edilib.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, informasiya infrastrukturunun kibertəhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə institusional mexanizmlərin yaradılması və rəqəmsal inkişaf proseslərinin hüquqi əsaslarının müəyyən edilməsi məqsədilə hazırlanıb.