Yeni Cənubi Uels (Avstraliya) sakini donor ürək almadan əvvəl BiVACOR cihazı qoşulduqdan sonra sünii ürək funksiyası ilə 100 gündən çox yaşayan ilk insan olub.
“Füyuzat”ın məlumatına görə, ağır ürək çatışmazlığından əziyyət çəkən və donor orqanını gözləyən kişiyə 2024-cü ilin noyabr ayının sonunda BiVACOR süni ürək aparatı yerləşdirilib.
Süni ürək təbii qan axınını yenidən yaratmaq üçün maqnit levitasiyasından istifadə edən implantasiya edilə bilən fırlanan nasosdur.
Həmin cihazla xəstə 2025-ci ilin martına qədər sağ qalıb. Yanlız mart ayında transplantasiya əməliyyatı həyata keçirilib.
Qeyd edək ki, süni ürək cihazı hələ sınaq mərhələsindədir və ümumi istifadəyə icazə verilməyib.