“Şimal-Cənub Yol Dəhlizi bizim üçün təkcə fiziki infrastruktur deyil, həm də qarşılıqlı əlaqə və əməkdaşlığın simvoludur və Ermənistanın “Dünyanın qovşağı” olmaq üzrə daha geniş strateji baxışı ilə sıx bağlıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın iqtisadiyyat nazirinin müavini Anuşik Avetyan Asiya İnkişaf Bankının Manilada keçirilən Su və Şəhərsalma Konfransında deyib.
Avetyan izah edib ki, hökumət Ermənistanı Şərqlə Qərb, Şimalla Cənub arasında konstruktiv körpüyə çevirmək, qonşu və digər ölkələr arasında dialoq, ticarət və qarşılıqlı anlaşmanı təşviq etmək istəyir.
Konfrans çərçivəsində nazir müavini Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşlər keçirib, şəhər və su sektoruna dövlət investisiyaları, eləcə də Gümrü quru limanı layihəsinin konsepsiyasını müzakirə edib.