“İran hələ də ABŞ prezidenti Donald Trampın haqqında danışdığı nüvə proqramı ətrafında böhranın həlli üçün Amerika tərəfdən yazılı təkliflər almayıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqayi məlumat verib.
Diplomat həftəlik brifinqdə deyib: “Hələ ki, Amerika tərəfdən heç bir yazılı təklif almamışıq. Bütün təkliflər şifahi olaraq verilib. Lakin bizə heç bir yazılı təklif təqdim olunmayıb”.