Xəbərlər

İran: Biz nüvə silahı istehsal etmirik, lakin hücum edilərsə, bunu etməyə məcbur olacağıq

“Biz nüvə silahı istehsal etmirik, lakin ABŞ-ın İrana hücum edəcəyi təqdirdə ictimaiyyətin təzyiqi altında nüvə silahı istehsal etməyə məcbur olacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri və parlamentin keçmiş sədri Əli Laricani bildirib.

“İran nüvə silahı istehsal etmək gücünə malikdir, lakin biz Xamneyinin kütləvi qırğın silahları ilə bağlı fətvasına uyğun olaraq nüvə silahı istehsalına doğru hərəkət etmirik. İran bu silahı əldə etmək istəmir, ancaq təzyiq olarsa, xalq bizə təzyiq göstərəcək ki, ölkənin təhlükəsizliyi üçün nüvə silahından istifadə edək. Dediyimiz kimi, yoxlamalar əbədi davam etdirilə bilər, bununla bağlı heç bir problemimiz yoxdur, ancaq ABŞ İranı bombalamağı seçsə, bizi fərqli qərarlar verməyə məcbur edəcəksiniz. Bu da sizin xeyrinizə deyil. Ona görə də münasibətinizi dəyişin”, – Laricani ABŞ-a xitabən deyib.