“İran növbəti raket hücumu ilə bütün İsraildəki hədəflərə hücum edib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilib.
“Mehr” xəbər agentliyinin İran ordusuna istinadən verdiyi xəbərə görə, “Sepah bazar ertəsi səhər saatlarında raket əməliyyatının 21-ci dalğasında müxtəlif hədəflərə çoxsaylı raketlərlə zərbələr endirib. Bu zərbədə bərk yanacaqlı raketlər və maye yanacaqlı döyüş başlıqları, eləcə də kamikadze pilotsuz uçuş aparatlarından istifadə edilib.
“Hücumda SEPAH Təl-Əviv və Hayfanı atəşə tutmaq taktikasını dəyişdi və işğal olunmuş ərazilərin şimalından cənubuna bir çox hədəfə hücum etdi”, – məlumatda qeyd edilib.
“İlkin hesabatlar göstərir ki, Hayfa, Təl-Əviv, Aşkelon, Acre və Aşdod İran raketləri ilə vurulub, çoxlu sayda raketlər Təl-Əvivin cənubundakı Safed, Laçiş, Aşkelon, Aşdod və Beyt Şean şəhərlərinə də düşüb”, – deyə məlumata əlavə edilib.