Xəbərlər

İran parlamenti MAQATE ilə əməkdaşlığı dayandıran qanun layihəsini təsdiqləyib

İran parlamentinin üzvləri İslam Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) arasında əməkdaşlığın müvəqqəti dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər.

“Füyuzat”ın məlumatına görə, bunu İran parlamentinin rəyasət heyətinin nümayəndəsi Əlirza Səlimi deyib.

“İran İslam Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın dayandırılması ilə bağlı qanun layihəsinin ümumi konturları və təfərrüatları Məclis tərəfindən təsdiqlənib. Parlamentin qərarına əsasən, ölkənin nüvə obyektlərinin və dinc nüvə fəaliyyətlərinin təhlükəsizliyi təmin olunmadığı təqdirdə agentlik əməkdaşlarının yoxlamalar aparmaq üçün ölkəyə buraxılmasına icazə verilməyəcək və bu, Milli Təhlükəsizlik Şurasının da təsdiqinə tabedir”, – deyə məlumatda qeyd edilib. Buradan aydın olur ki, Milli Təhlükəsizlik Şurası da qərarı təsdiqləyib.

İran hakimiyyəti daha əvvəl bəyan etmişdi ki, MAQATE rəhbərliyinin İsrailin İslam Respublikasında dinc nüvə obyektlərinə təcavüzünü pisləməməsi agentliklə əməkdaşlığa son qoymaq üçün səbəb ola bilər. Tehran qeyd edib ki, İsrailin, sonra isə ABŞ-ın hücumuna məruz qalan İranın bütün nüvə obyektləri MAQATE-nin nəzarəti və mühafizəsi altında olub və bu hücumların qarşısını almaq üçün heç bir iş görülməyib.