“Rusiya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi yaxın vaxtlarda yekun təsdiq üçün İran Məclisinə (parlament) təqdim olunacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat yayıb.
“Müqavilə Milli Məclisin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsi tərəfindən nəzərdən keçirilib və təsdiq edilib. O, tezliklə yekun təsdiq və ratifikasiya üçün parlamentə təqdim olunacaq”, – Bəqayi qeyd edib.