“İran Rusiya prezidenti Vladimir Putinin Tehrana səfər edəcəyinə ümid edir”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali deyib.
“Rusiya ilə İran arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb”, – o qeyd edib.
Səfirliyin mətbuat xidmətindən yüksək səviyyəli rəsmilərin səfərlərinin müntəzəm xarakter aldığı və yaxın vaxtlarda Rusiya liderinin Tehrana səfərinin gözlənildiyi bildirilib.