Xəbərlər

İran səfiri: Suriyadakı vəziyyət Tehran və Moskva arasındakı əlaqələrə təsir etməyib

“Suriyadakı vəziyyət Qərbin iddialarının əksinə olaraq Tehranla Moskva arasında münasibətlərə təsir etməyib”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.

“Suriyada baş verən son hadisələrdən asılı olmayaraq, iki ölkə arasında əməkdaşlıq Qərb təbliğatının təsirinə məruz qalmayacaq. İran və Rusiya arasında regional siyasi əməkdaşlıq, təbii ki, Suriya ilə məhdudlaşmır”, – səfir qeyd edib.