“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Tehrana səfəri Rusiya-İran münasibətlərini gücləndirmək məqsədi daşıyır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali “X” səhifəsində qeyd edib.
“Rusiya xarici işlər nazirinin Tehrana səfəri iki ölkə arasında sıx əməkdaşlığın inkişafı və ikitərəfli münasibətlərdə, regional və beynəlxalq tədbirlərdə geniş spektrli məsələlər üzrə yüksək səviyyəli dialoqun dərinləşdirilməsi kursunu davam etdirir. Bu dialoqa indi həmişəkindən daha çox ehtiyac var”, – Cəlali qeyd edib.