Xəbərlər

İran və Ermənistan 3 milyardlıq ticarət haqqında razılıq əldə edib

İran və Ermənistan gömrükçüləri 3 milyardlıq ticarət haqqında razılıq əldə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran mətbuatı məlumat yayıb.

İranın Norduz və Ermənistanın Mehri gömrük postlarının rəhbərləri Mehridə keçirilən görüşdə sərhəd əlaqələrinin inkişafı və asanlaşdırılması, habelə iki ölkə arasında 3 milyard dollarlıq ticarət sazişinin icrası ilə bağlı müzakirə və fikir mübadiləsi aparıblar.

Görüşdə ixrac və tranzit malları daşıyan iranlı sürücülərin qaldırdıqları problemlərə toxunan Norduz gömrük postunun rəisi Rza Tağızadə Ermənistan gömrüyü tərəfindən yük avtomobillərinin qəbul sayının artırılmasını vacib hesab edib.