Xəbərlər

İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri arasında görüş olub

İranın xarici işlər naziri Abbas Əraqçi və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan əl-Səud bəzi məsələləri müzkirə etmək üçün danışıqlar aparıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, söhbət zamanı hər iki tərəf son regional hadisələri nəzərdən keçirib və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin Ciddədə keçiriləcək görüşü ilə bağlı fikir mübadiləsi aparıb.