İranın xarici işlər naziri Abbas Əraqçi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Farhan Əl-Səud bazar ertəsi telefon danışığı keçirərək ikitərəfli əlaqələr, eləcə də regional və beynəlxalq hadisələrlə bağlı məsləhətləşmələr aparıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Telefon danışığının əvvəlində Feysəl bin Farhan Əl-Səud İranın Şəhid Rəcai limanında baş verən ürəkağrıdan hadisədən təəssüfləndiyini bildirib, Səudiyyə Ərəbistanının həlak olanların ailələrinə, İran hökuməti və xalqına başsağlığı və rəğbətini ifadə edib.
“İsrailin Qəzza və İordan çayının qərb sahilində davam edən cinayətləri və Livana qarşı təcavüzləri nəticəsində regionda təhlükəsizliklə bağlı narahatlıqların artmasına toxunan Əraqçi İran İslam Respublikasının regional hadisələrlə bağlı mövqeyini izah edib və əsrin ən böyük davam edən soyqırımını dayandırmaq üçün beynəlxalq ictimaiyyəti səfərbər etməyə çağırıb”, – məlumatda qeyd edilib.
Əraqçi səudiyyəli həmkarını dolayısı ilə İran-ABŞ danışıqlarındakı son hadisələr barədə də məlumatlandırıb.