İran və ABŞ tərəflər arasında müvəqqəti razılaşmanın bağlanması məsələsini Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün dolayı danışıqların gündəliyinə daxil etməyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.
“ABŞ ilə müvəqqəti razılaşma hələlik gündəmdə deyil. Ona görə də danışıqların beşinci raundu zamanı bu məsələnin qaldırılmaması təbiidir”, – Bəqayi əlavə edib.