Xəbərlər

İran XİN: ABŞ-ın sanksiyaları onların bəyanatlarının yalan olduğunu sübut edir

“ABŞ-ın yeni anti-İran sanksiyalar tətbiq etməsi amerikalı siyasətçilərin Tehranla danışıqlar aparmaq istəkləri ilə bağlı bəyanatlarının yalan olduğunun sübutudur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Bəzi amerikalı siyasətçilərin İranla qarşılıqlı əlaqə yaratmaq istəyi ilə bağlı bəyanatlarına işarə edən Xarici İşlər Nazirliyinin nümayəndəsi İran xalqına qarşı sanksiyaların tətbiqini bu bəyanatların yalan olmasının ən böyük sübutu adlandırıb. ABŞ-ın İranın xarici ticarətinin inkişafına mane olan yeni sanksiyalar tətbiq etməsi BMT-nin prinsiplərinə, xüsusən də xalqın milli suverenliyinə hörmət və öz müqəddəratını təyinetmə prinsipinə ziddir”, – məlumatda bildirilib.