“Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün İran və ABŞ nümayəndələri arasında danışıqların altıncı raundu iyunun 15-də Omanın paytaxtı Maskatda keçiriləcək”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
“İran-Amerika danışıqlarının növbəti raundunun bazar günü Maskatda keçirilməsi planlaşdırılır”, – Bəqayi bildirib.