Xəbərlər

İran XİN: Qonşularımızla münasibətlərimizin pisləşməsinə icazə verməyəcəyik

“İran İsrail və ya ABŞ-ın hərəkətlərinin Tehranın Yaxın Şərqdəki qonşuları ilə münasibətlərinə xələl gətirməsinə imkan verməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi Qətər hökumətinin başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əl-Tani ilə telefon danışığı zamanı deyib.

“Əraqçi İsrailin və ABŞ-ın İrana qarşı cinayətlərini xatırladıb və vurğulayıb ki, İran regionun bütün ölkələri ilə əlaqə saxlamağa davam etməklə yanaşı, bu hərəkətlərinə görə qonşuları ilə münasibətlərinin korlanmasına imkan verməyəcək”, – məlumatda qeyd olunub.