“ABŞ İranla yeni müqavilə bağlamaqla onu təslim olmağa məcbur etmək məqsədi güdür”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.
“ABŞ prezidenti Donald Tramp yenidən İran xalqına qarşı maksimum təzyiq siyasətinə qayıdıb. Ən maraqlısı odur ki, İrana misli görünməmiş təzyiqlər haqqında fərmanı imzalayarkən, danışıqlara hazır olduğu barədə bəyanatlar verib, çünki onun məqsədi bizi çaşdırmaqdır. Biz ABŞ-la niyə danışıqlar aparmalıyıq ki? Onların bu danışıqlarda məqsədi İranın təslim olmasıdır”, – Əraqçi qeyd edib.