“İran nüvə silahı istehsal etməyəcək, çünki bu, ölkə rəhbərliyi tərəfindən qadağandır”.
“Füyuzat”ın məlumatına görə, İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi İran parlamentinin üzvü Məhəmməd Qasim Osmaninin Qərblə danışıqlarda “bərabərliyi” təmin etmək məqsədilə atom bombası yaratmaq təklifini belə şərh edib.
“İran heç vaxt və heç bir halda nüvə silahı yaratmaq yolunu tutmayacaq. Bu, Ali Rəhbərin (Ayətullah Əli Xameneinin – red.) fitvasına (dini əmr – red.) əsaslanan strategiyamızın tərkib hissəsidir. Hesab edirəm ki, bu məsələdə heç bir şübhə yoxdur və ola da bilməz”, – diplomat həftəlik brifinqdə deyib.
Onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatları Tehranın nüvə proqramının dinc xarakter daşıdığını təsdiqləyir.