Xəbərlər

İranda neft emalı zavodunda yanğın baş verib

İranın Şazend rayonunda neft emalı zavodunda yanğın baş verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Qeyd edilib ki, hadisə səhər saatlarında baş verib.

Bildirilib ki, yanğın “İzomaks” qurğusunun alovlanması nəticəsində baş verib və yanğınsöndürənlərin vaxtında müdaxilə etməsi nəticəsində qarşısı alınıb.

Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilib.