İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 17-də Rusiyaya rəsmi səfər edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
“İran və Rusiya arasında yüksək səviyyəli təmasları davam etdirən Əraqçi sabah Moskvaya səfər edərək yüksək rütbəli Rusiya rəsmiləri ilə məsləhətləşmələr aparacaq. İkitərəfli münasibətlərin, regional əməkdaşlığın və beynəlxalq arenada qarşılıqlı fəaliyyətin təşviqi əsas müzakirə mövzuları olacaq”, – o qeyd edib.



