“ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqda yerləşdirilən hərbi kontingenti böyük ehtimalla 2025-ci ilin sonuna kimi öz missiyasını başa vuracaq”.
“Füyuzat”ın məlumatına görə, bunu İraq Respublikasının prezidenti Əbdüllətif Camal Rəşid deyib.
“Müəyyən bir anlayış var ki, gələn ilə qədər koalisiya qüvvələrinin missiyası yerinə yetiriləcək. Qüvvələrin çıxarılması mütləq bu il və ya gələn il baş verməlidir”, – prezident qeyd edib.