Xəbərlər

İraq və Suriyanın şimalında 10 terrorçu zərərsizləşdirilib

“İraqın şimalında yerləşən Qəndil bölgəsində 2, Suriyanın şimalında, “Fırat Kalkanı” bölgəsində 8 olmaqla ümumilikdə 10 terrorçu zərərsizləşdirilib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

“Terrorçular üçün heç bir yer təhlükəsiz deyil! İraqın şimalında Qəndil bölgəsində 2 PKK, Suriyanın şimalında “Fırat Kalkanı” bölgəsində 8 PKK/YPG terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib”, – açıqlamada qeyd edilib.