“İranda beş tibb müəssisəsi İsrailin zərbələri nəticəsində zərər görüb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ISNA xəbər agentliyi İran Qızıl Aypara Cəmiyyətinin (IRCS) prezidenti Pir Hüseyn Kolivəndə istinadən bildirib.
“Birbaşa zərbələr olmasa da, yaxınlıqdakı hücumlar nəticəsində beş xəstəxanaya ziyan dəyib. Hücumlar beynəlxalq humanitar normaları pozur”, – o qeyd edib.