“İşıq” dərgisinin növbəti sayı işıq üzü görüb.
Sədaqət Qəhrəmanovanın baş redaktorluğu ilə nəşr olunan dərginin yeni sayında müxtəlif bədii-publisistik yazılar, ictimai təhlillər, ailə və qadın mövzusu ilə bağlı məqalələr yer alıb.
Jurnalın 121-ci sayında Sədaqət Qəhrəmanovanın “Baş redaktordan” sərlövhəli yazısını, Minaxanım Təkləlinin “Sarı gəlin qissəsi” adlı məqaləsini, Günel Natiqin “Fikrət və Aida: Bir həyatın musiqidə bütünləşən ahəngi…” başlıqlı araşdırmasını, Həcər Rövşənlə Lalə Hüseynovanın hazırladığı “Məndən ötədə Vətən var” adlı müsahibəni, Zərif Məmmədzadənin “Adını Vüsal qoydular” başlıqlı müsahibəsini, Şəfəq Sultan Əlixanlının “Qızım mənim” adlı silsiləvi essesini, Vaqif Əlixanlının “Yazım, yaşılım, gəl…” başlıqlı yazısını, Tofiq Bayramın “Evə qayıdırıq” adlı şeirini, Nuray Nəzərovanın “Qəhrəman doğulanlar” başlıqlı məqaləsini, Zemfira Məhərrəmlinin “Qaranquş yuvası” adlı hekayəsini, Vahid Əzizin “Sən hardasan” şeirini, Xanım Paşazadənin “Məqsəddən doğan dözüm və iradə” adlı motivasiya yazısını, Bəhruz Niftəliyevin “Mələyin hökmü” başlıqlı elegiyasını, Ayişə Nurun “İsti bir yuvam olsa” adlı hekayəsini, Bətul Oruczadənin “Yaralı bir quş” hekayəsini, Ülviyyə Rəhmanın “Düşüncə” adlı miniatürünü, Vəfalə Talıblının “Nə tökərsən aşına, o çıxar qaşığına” məqaləsini, Zərifin “Fanya Korelina” adlı araşdırmasını oxuya bilərsiniz.
Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya (+994 12) 433 22 96/97, (+994 55) 360 55 99, (+994 70) 360 55 99 əlaqə nömrələri vasitəsilə abunə ola bilərsiniz.
Xoş mütaliələr!