“İşıq” dərgisinin 124-cü sayı işıq üzü gördü!
Ədəbiyyat və düşüncə dünyasına yeni pəncərə açan “İşıq” dərgisinin 124-cü sayı oxucularla görüşür.
Yeni sayda baş redaktor Sədaqət Qəhrəmanovanın “Baş redaktordan” yazısı ilə yanaşı bir-birindən maraqlı esse, hekayə, şeir və araşdırmalar yer alıb.
Oxucular bu nömrədə Zöhrə Fərəcovanın “Xatirələrin işığında”, Nigar Şahverdiyevanın “Qadın qadına yurddur”, İlhamə Atıcıgilin “Azərbaycanlı olmaq missiyası”, Hürzət Təhməzlinin “İki bədəndə bir ruh”, Şəbnəm Məmmədlinin “Gələcəyə işıq olan kölgələr” esseləri ilə tanış ola bilərlər.
Bundan əlavə, Şəfəq Sultan Əlixanlının “Qızım mənim” silsilə essesi, Ləman Vahidin “Güllər də ağlayar” və Ülviyyə Rəhmanın “Əriməyən qar” hekayələri də yeni sayın diqqətçəkən yazıları sırasındadır.
Jurnalda həmçinin Aygün Sətdarqızının “Payız” şeiri, Lətafət Bayramovanın “Tələsmə” miniatürü, Aytən Yusifova və Nuray Nəzərovanın maraqlı müsahibələri, Fərasət Babazadənin “Azərbaycan qadını ədəbiyyatımızda”, Minaxanım Təkləlinin “Şahnigar xanım Rəncurun bədii obrazı”, Səbinə və Səbirə Nemətzadələrin “İşığa aparan yol – hilyəyi-şərif!” araşdırma yazıları yer alıb.
Dərgini Zahid Xəlilov küçəsi 43 ünvanında yerləşən “Litera” kitab evindən əldə edə bilərsiniz. Qeyd edək ki, dərgiyə (+994 12) 433 22 96/97, (+994 55) 360 55 99, (+994 70) 360 55 99 əlaqə nömrələri vasitəsilə abunə ola bilərsiniz.
Xoş mütaliələr!



