Xəbərlər

İslami: İran nüvə obyektlərinin bərpasına əvvəlcədən hazırlaşıb

“İran nüvə obyektlərinin bərpasına hazırlıq üçün əvvəlcədən tədbirlər görüb və hazırda dəymiş ziyanı qiymətləndirir”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami deyib.

“Biz lazımi hazırlıqları görmüşük və hazırda dəymiş ziyanı qiymətləndiririk. Nüvə obyektlərinin bərpası üçün əvvəlcədən hazırlıq görülüb və planımız istehsal və texniki xidmətdə hər hansı bir fasilənin qarşısını almaqdır”, – o əlavə edib.