Xəbərlər

İspaniya Fələstini dövlət kimi tanıyacaq

İspaniyanın baş naziri Pedro Sançes mayın 28-də Fələstini dövlət kimi tanıyacağını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İspaniya hökumətindən bildirilib.

Qeyd edilib ki, İspaniya Nazirlər Kabineti gələn çərşənbə axşamı, mayın 28-də Fələstin dövlətinin tanınmasını təsdiq edəcək.

Çərşənbə günü səhər Norveç və İrlandiya da Fələstin dövlətini tanımaq qərarlarını açıqlayıb.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell aprelin sonunda bildirib ki, bir sıra Avropa İttifaqı ölkələri may ayının sonuna qədər Fələstin dövlətini tanıyacaq. Fələstin Dövləti hazırda Birləşmiş Millətlər Təşkilatının 193 üzvündən 143-ü tərəfindən suveren dövlət kimi tanınır.