Xəbərlər

İspaniyada yanğın baş verib, 4 nəfər həlak olub

İspaniyanın Valensiya şəhərində 14 mərtəbəli binada yanğın baş verib. Yanğın nəticəsində 4 nəfər həyatını itirib.

“Füyuzat”ın məlumatına görə, yanğınsöndürənlər alovla mübarizə apararkən onlardan 3-ü yaralanıb.

Bina sakinləri arasında da çoxlu yaralılar olub.

Qeyd edək ki, İspaniya mətbuatı binanın çöl hissəsində istifadə edilən örtüyün problemli olduğunu və bu səbəbdən alovun sürətlə yayıldığını bildirib.