Xəbərlər

İsrail Dohaya nümayəndə heyəti göndərəcək

“İsrail həftənin sonuna qədər Qətərə nümayəndə heyəti göndərəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.

“Netanyahu Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə gələcək köməkçisi Mak Vals və ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff ilə görüşüb. Görüşdən sonra İsrail hökuməti texniki detalları müzakirə etmək üçün Dohaya işçi heyəti göndərməyə hazırlaşdığını bildirib. ABŞ-dan qayıdandan sonra Netanyahu danışıqların sonrakı gedişatını müəyyən edəcək Qəzza sazişinin ikinci mərhələsi ilə bağlı İsrailin ümumi mövqeyini müzakirə etmək üçün təhlükəsizlik kabinetinin iclasını keçirəcək”, – məlumatda bildirilib.