İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında “Dəmir Qılınclar” əməliyyatı zamanı yüksək dəqiqliklə istiqamətləndirilmiş lazer silahlarının prototiplərinin ilk dəfə operativ şəkildə yerləşdirildiyini elan edib.
“Füyuzat”ın məlumatına görə, barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu lazer sistemləri onlarla hava hədəfini uğurla məhv edib.
Müdafiə Tədqiqatları və İnkişafı Direktorluğu (DDR&D), İsrail Hərbi Hava Qüvvələri (IAF) və Rafael Advanced Defense Systems tərəfindən sürətləndirilmiş proqram çərçivəsində hazırlanmış bu lazer silahları İsrailin hərbi imkanlarında əhəmiyyətli irəliləyişi təmsil edir.