Xəbərlər

İsrail Qəzza ilə bağlı yeni atəşkəs təklifini HƏMAS-a təhvil verib

İsrail nümayəndə heyəti Qahirədəki vasitəçilər vasitəsilə HƏMAS hərəkatına Qəzza zolağında atəşkəs üçün yeni təklifi çatdırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə baş nazirlikdən məlumat verilib.

“Misirin vasitəçiliyi ilə aparılan danışıqlar zamanı nümayəndələr HƏMAS üçün yeni təklif hazırlayıblar. İsrail razılığa gəlmək üçün danışıqları asanlaşdırmaq məqsədilə vasitəçilərin HƏMAS ilə daha fəal işləməsini gözləyir”, – məlumatda qeyd edilib.