Xəbərlər

İsrail Rəfahda əməliyyat keçirməyi planlaşdırır

“İsrail Rəfahda quru əməliyyatı keçirmək niyyətindədir. Başqa seçim yoxdur”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin Moskvadakı səfirliyinin adı çəkilməyən nümayəndəsi söyləyib.

“İsrail ordusu hələ də Rəfaha daxil olmayıb. Bunu necə etmək barədə İsraildə və tərəfdaşlarımız, eləcə də digər strukturlarla müzakirələr gedir. Düşünürəm ki, gələcəkdə başqa seçimimiz olmayacaq”, – diplomat qeyd edib.